UPS – NƏDİR ? Kəsintisiz güc mənbəyi

Kəsintisiz güc mənbəyi (UPS – Uninterruptible Power Supply) her hansı bir elektrik, elektronik cihazın şəbəkə bəslənməsinin (çox ölkələrdə 220 V AC, lakin bəzi ölkələrdə 110 V AC) kəsilməsinin, tolerans xaricində güclü və zəif gəlməsinin qarşısını alan bir elektronik cihazdır.

Kəsintisiz güc mənbəyinin istifadə məqsədi, onun bağlı olduğun sistemin qorunması və şəbəkə enerjisinin kəsilməsi zamanı sistemin qidalanmasının bir müddət daha davam etdirilməsidir. Bir sistemin enerji baxımından qorunması, məlum sistemin qəbul edəcəyi voltaj və tezlik (frequency) çərçivəsində qidalanması mənasına gəlir. Daha da ətraflı izah etsək, UPS-lərdən gözlənilən birinci özəllik şəbəkə enerjisini əsas alaraq voltaj və tezlik dəyərlərində minimum enerjini sistemə daxil etməkdir.

Digər tərəfdən, enerjinin kəsilməsi zamanı kəsinti və informasiyanın itirilməsinə fürsət vermədən dəstəkləməkdir. Kəsintisiz güc mənbəyinin başqa bir funksiyası isə şəbəkədən gələ bilmə ehtimalı olan səs və ya başqa negativ təsir yarada biləcək şeylərdən bağlı olduğu cihazları qorumaqdır.

UPS ümumi olaraq beş hissədən ibarətdir:

  • Yükləmə bölməsi (Charge Unity) : Akkumlyatorların yüklənməsi (şarj edilməsi) və inverter üçün DC güc istehsal edir.
  • Çevirici bölməsi (Inverter Unity) : Akkumlyatorların və yükləmə bölməsinin yaratdığı DC voltajı 220 V AC-ye çevirir.
  • Akkumlyatorlar : Enerji kəsildiyi zaman çeviricinin ehtiyac duyduğu DC voltajı istehsal edir.
  • Static By-Pass : Həddindən çox yüklənmə və ya hər hansı bir nasazlıq zamanı bağlı olduğu yükü kəsintiyə məruz qoymadan şəbəkəyə ötürülməsinə xidmət edir.
  • RS-232 / USB kommunikasiya bölməsi : Kəsintisiz güc mənbəyinə aid olan məlumatların kompyuter ekranında izlənilməsi üçün istifadə olunur.

UPS-lərin quruluşuna görə növləri:

  • Off-line UPS : Şəbəkə voltajı müəyyən olunmuş toleranslar halında ikən yükü birbaşa şəbəkəyə bağlayan, şəbəkə voltajı toleranslar xaricinə çıxdığı zaman kəsintisiz güc mənbəyi vəziyyətinə keçən və qısa zaman dilimi ərzində sistemi qidalandıran UPS növüdür.
  • Line-Interactive UPS : Şəbəkə voltajı varsa şəbəkəni uyğun bir şəkildə sazlayaraq birbaşa yükə verən, şəbəkə voltajı kəsildiyində isə UPS vəziyyətinə keçən və qısa müddətli qidalandıran növdür.
  • Online UPS : Yükləri daimi olaraq UPS-dən qidalandıran, şəbəkə voltajı varsa şəbəkədən akkumlyatorları şarj edən (yükləyən) kəsintisiz güc mənbəyi növüdür.

Off-line UPS-lərdə şəbəkə cərəyanı var ikən giriş yükləri şəbəkədən qidalanır və akkumlyatorlar şarj olunur. Əsas istifadə olunma məqsədləri cərəyan kəsintisində çalışa bilmək deyil, kəsinti olduğu zaman kompyuteri kontrollu bir şəkildə söndürmə ehtiyacıdır. Daha çox sadə quruluşa sahib olmaları və ucuz olduqlarına görə istifadə olunur. Tez tez elektrik kəsintisi və voltaj dalğalanmaları olan yerlərdə yetərincə faydalı (verimli) çalışa bilmirlər. Voltaj requlyasiyası (voltage regulation) xüsusiyyəti olmadığına görə bu günkü zamanda istifadə və məsləhət olunan növ deyil.

Line-Interactive UPS modelleri şəbəkə voltajı varsa və müəyyən olunmuş sərhədlər daxilində isə bu voltajı uyğun bir şəkildə sazlayaraq çıxışa verir. Şəbəkəyə bağlı ikən həm də akkumlyatorları şarj edir. Standby UPS-dən fərqli olaraq voltajı avtotransformatoru sayəsində daimi olaraq requlyasiya edir.

Online UPS-lər giriş voltajını daimi olaraq giriş şəbəkəsindən əldə edildiyi üçün DC voltajdan istehsal edərək istifadə edirlər. Şəbəkə voltajı var ikən yükləmə bölümü akkumlyator voltajını balanslaşdırır. Şəbəkədəki voltaj dəyişiklikləri giriş voltajına heç bir zaman təsir etmir, çünki şəbəkədə izolyasiya vardır. Online UPS-lərin qəza olduqda və həddindən çox yüklənmə zamanı özünü qoruya bilməsi üçün Static By-Pass bölmələri var. Çıxış dalğa formaları sinusdur və tam bir sinus çıxış olması hər cür yük ilə problemsiz işləmək mənasına gəlir. Tam kəsintisiz işləyirlər.

UPS-lərin istifadə olunduğu yerlər:

  • Ev və iş yerlərindəki kompyuterlərdə;
  • Generator ilə dəstəklənmiş çox istifadəçisi olan kompyuter sistemləri (bu sistemlərdə istifadə olunma məqsədi generator işə düşəcəyi zamana qədər sistemin işləməsini təmin etməkdir);
  • Kartlı keçid və qapı kontrol sistemləri (kəsinti zamanı informasiyanın itirilməməsi və sistemin ən azından stand-by vəziyyətində qala bilməsi üçün);
  • İşıqlandırma sistemləri;
  • Tibbi və universitet laboratoriya cihazlarında hər bir test və ölçmə əməliyyatları aparılarkən cihazların xətasız işləməsi üçün istifadə oluna bilərlər;
  • Kontrol (otomasyon) sistemlərində 3 fazalı voltaj tələb edən qurğuların qidalanması və qorunması məqsədilə istifadə oluna bilər.

UPS istehsal edən bəzi firmalar aşağıdakılardır:

ABB, ABLEREX, ACTIVE POWER, ACUMENTRICS, AETES, ALPHA, ALWAYSON, AMPLIMAG, APC, BENNING, CHLORIDE, CLARY, CONTROLLED POWER, CP, CS ELETRO, CYBEREX, ENERGYBRAZ, EQUISUL GPL, FALCON, FUJI, GUSTAV KLEIN, IE POWER, MITSUBISHI, POWERCOM, POWERSUN, SIEL, TOSHIBA, YAMABISHI

 

TESEKKURLER COMPBOARD.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir