Salam dostlar. Düşünürəm ki, bir çoxlarımız fləşə və ya yaddaş kartlarına məlumatı kopyalıyaraq Windows sistemi «Диск защищен от записи. Снимите защиту или воспользуйтесь другим диском» – “Disk yazılmaya qarşı qorunub. Diskin yazılmaya qarşı mühafizəsini dəyişin və ya digər diskdən istifadə edin.” xətası ilə qarşılaşıbdır. Bu günkü məqalədə bu problemin həlli yollarını paylaşacağam.
Onuda qeyd etmək istərdim ki, bu xəta müxtəlif səbəblərdən yarana bilər: Windows ayarları səbəbindən, fləş yaddaşın korlanmasından, virusdan və sairə.
Xüsusi qeyd: Elə fləş yaddaşlar və yaddaş kartları vardır ki, üzərində yazılmaya qarşı açarı ilə istifadəciyə təqdim olunur. Bu zaman həmən çevirici açarı Lock yazısından Unlocksahəsinə çevirin. Çox güman ki, problem artıq həll olunacaqdır.
Əgər çevirici açar köməklik etmədisə o zaman ilk olaraq Windows sisteminin reyestr ayarların redaktəsi ilə yoxlayıb, problemin həlli üzrə növbəti başlığa keçək.
Windows reystrin köməyi ilə yazılmaya qarşı mühafizənin götürülməsi
Bildiyiniz kimi Windows sistemində reyestr ən vacib komponentlərdən biridir. Onun zədələnməsi, səhv redaktəsi və virus ilə pozulması sisteminizin çökməsinə gətirib çıxarda bilər. Reyestr redaktorunu açmaq üçün klaviaturada Windows + R düymələrini sıxıb açılmış pəncərədə regedit daxil edib Enter düyməsini sıxırıq.
Sol sütünda HKEY_LOCAL_MACHINE \ SYSTEM \ CurrentControlSet \ Control \ StorageDevicePolicies qovluğuna kimi açırıq. (Ola bilsin ki belə qovluq olmasın, bu zaman məqalənin ardını oxuyun).
1) Əgər belə bir qovluq mövcuddursa, o zaman üzərinə bir dəfə klik edin. Pəncərənin sağ sahəsində WriteProtect adlı bir parametr olacaqdır. Üzərinə iki dəfə klik edin və əgər «Значение» bəndinin altında olan xanada 1 rəqəmi vardırsa, o zaman sistem bütün USB və CardReader slotları üzrə faylların köçürülməsinə xəta verəcəkdir. Bunun üçün 1rəqəmini 0 ilə əvəz edirik. Redaktoru yaddaşa verərək bağlayarıqı. Ok sıxmaqla avtomatik yaddaşa verilir. Fləş və ya diggər xarici yaddaşı komputerdən çıxardıb, sistemi söndürüb yenidən işə salırıq. Problemin həll olub olmamasını yoxlayırıq.
2) Əgər belə bir qovluq olmasa, o zaman o qovluqdan bir üst qovluq üzərində siçanın sağ düyməsinin sıxıb yeni qovluq yaradırıq. Bir üst qovluq Control qovluq olmalıdır. Yaradacağımız qovluğun adı StorageDevicePolicies kimi olmalıdır.
Sonra yaratdığımız qovluq üzərinə klik edib, sağ tərəfdə boş sahədə siçanın sağ düyməsini sıxıb kontekst menudan «Параметр DWORD» adlı fayl yaradırıq. (Sisteminizin bitinə əsasən 32 və ya 64 bit olanı seçin). Faylın adını WriteProtect kimi təyin edirik və «Значение» bəndinin altında olan xanada 0 rəqəminin olmasına əmin olun. Reyetsri yaddaşa verib, komputeri yenidən çalışdırın. Diski bir daha yoxlayın.
Əmrlər sətri ilə yazılma mühafizəsinin götürülməsi
Yazılmaya qarşı mühafizə olunan fləşin blokdan çıxarılması Əmrlər sətri ilə də etmək mümkündür. Bunun üçün aşağı təlimata diqqət yetirək:
- Əmrlər sətri proqramını administrator adı ilə işə salırıq. Bunun üçün Windows 8 və 10versiyalarında Win+X , Windows 7-də isə Start menusunda axtarış xanasına cmd yazıb, axtarış nəticələrində proqramın üzərinə siçanın sağ düyməsini klikləyib, kontekst menusundan müvafiq bəndi klikləyib işə salırıq.
- Əmrlər sətrində Diskpart yazıb Enter düyməsini sıxırıq. Sonra list disk əmrini daxil edin və disklər siyahısında öz fləş yaddaşınızı axtarın. Onun nömrəsi lazım olacaqdır. Nömrəni yadıqdan sonra aşağı əmrləri daxil etdikdən sonra Enter düymələrini sıxırıq.
- select disk N (burada N yaddaşda saxladığınız fləşin nömrəsi)
- attributes disk clear readonly
- exit
Əmrlər sətrini bağladıqdan sonra fləşə hər hansı faylın yazılıb yazılmadığını yoxlayın. Vəssalam, müəyyən qədər köməyimiz toxundusa, o zaman biz çox şad olarıq.
MƏNBƏ : compboard.az təşəkkürlər