İnternet İdarə Protokolu (İnternet Protokolu) standartını istifadə edən şəbəkədəki cihazların bir-birini tanımaq, bir-birləriylə ünsiyyət qurmaq və məlumat mübadiləsi etmək üçün istifadə etdikləri bənzərsiz bir nömrədir. İnternet əlaqəsi olan hər cihazın bu cihaza təsis edilən bir ünvanı olması lazımdır. Bu ünvan ya nömrə, ötürülən məlumatın doğru ünvana göndərilməsini, ya da məlumatın doğru ünvandan alınmasını təmin edir.
Bu gün hələ də istifadə edilməkdə və test edilməkdə olan iki növ İnternet Protokolu var: IPv4 və IPv6:
IPv4
Bu, hələ də istifadə edilməkdə olan standart İnternet Protokoludur və 32 bitdən, başqa bir ifadəylə səkkiz bitlik 4 rəqəmdən ibarətdir. Bu rəqəmlər, 0 ilə 255 arasında dəyişir. IPv4 protokolunda bir ünvan 1.0.0.0 ilə 255.255.255.255 arasında hər hansı bir nömrə ola bilər. Bu protokoldan istifadə edən 4 milyarddan çox ünvan ola bilər.
IPv6
Ancaq, IP ünvanlarının bloklar halında təsis edilməsi səbəbiylə, bir çox IP ünvan aralığı işlədilməkdədir, bu səbəblə artan şəbəkə istifadəçisi sayına bağlı olaraq, daha böyük bir IP ünvanına ehtiyac var. IPv6 bu ehtiyacdan yaranmışdır. IPv4-dən fərqli olaraq IPv6, 128 bit genişliyindədir, bu da 2128 ədəd, başqa bir ifadəylə 3 x 1038 ədəd bənzərsiz ünvan deməkdir.
mənbə compoard.az
IP-ünvan (aypi-ünvan, ingilis dilindəki Internet Protocol Address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variant ünvana malikdirlər: rəqəm IP-ünvanı və simvolik domen ünvanı.
İnternetə qoşulan hər bir kompüterin öz IP-ünvanı olur. Digər bütün kompüterlər bu IP-ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP-ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir.
Hal-hazırda ən çox istifadə edilməkdə olan IP version 4 üçün 32 bit həcmində IP-ünvanlar istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP-ünvan forması adlanır.
İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında “domen adları sistemi”ni (DNS) təklif etdilər.
Dinamik və statik IP-ünvanlar
Telefon ilə internetə girən istifadəçilərin IP-ünvanları çox vaxt dinamikdir, yəni servis provayderdə həmin anda boş olan bir IP-ünvanı internetə girən kompüterə verir. Buna görə də hər internetə girəndə IP-ünvanların bir hissəsi dəyişir.
Statik IP ünvanlarıi olan kompüterlərin IP-ünvanları dəyişməz. Server olan kompüterlər üçün statik IP tövsiyə edilir.
Windows 95, 98 və ME-də Start-dakı “Run” sətrinə “winipcfg” yazmaqla, yeni Windows versiyalarında isə cmd və ardınca ipconfig yazaraq kompüterin IP-ünvanını öyrənmək mümkündür.
IP-ünvan klasları
IP-ünvanlar istifadə edildikləri sahələrə görə klaslara bölünür:
- A klass 1-126 ( 127 -local host) / 255.0.0.0
- B klass 128-191 / 255.255.0.0
- C klass 192-223 / 255.255.255.0
- D klass 224-239 / multicast
IP-ünvan dərəcələri
IP-ünvanlar istifadə edildikləri sahələrə görə dərəcələndirilir:
- 1-ci dərəcəli IP-ünvanlar 10.0.0.0 / 255.0.0.0
- 2-ci dərəcəli IP-ünvanlar 172.16.0.0 / 255.240.0.0
- 3-cü dərəcəli IP-ünvanlar 192.168.0.0 – 19X.XXX.XXX.XXX aralığındadır. SubnetMask olaraq 255.255.255.000