Demək olar ki, Bakıda da əksər böyük və orta şirkətlərdə müxtəlif sosial şəbəkələrə giriş qadağası qoyulub. Hətta elə olur ki, heç normal olaraq internetdə serf etmək belə mümkün olmur.
Bunun həllini bir qrup entuziast proqramçılar tapdılar. Və həlli sadəcə interfeys cəhətdən ilk öncə Mozilla Firefox brouzerini xatırladan amma xüsusi modifikasialı bir brouzerin – Tor brouzerini yaratmaqda oldu.
İlk öncə vikipediadan “Tor“-un nə olduğunu anlayaq:
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir.
Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun.
Onuda qeyd edim ki, ofis idarə heyyətinin müxtəlif bahalı qadağanedici serverlərin alışını puç edən bu brouzer tamamilə pulsuzdur. Hətta bir maraqlı məlumati da diqqətinizə çatdırım: Rusiya Federasiyasını Daxili İşlər Nazirliyi bu sistemi sındırmaq üçün konkurs elan edib. Beləki, sındırılması sübüta yetirən məlumat nümunələrin təqdim olunduğu təqdirdə həmin şəxsə 3,9 mln rubl (təq: 87 961.28 azn) məbləğində pul mükafatı veriləcəkdir.
Tor Brouzerini siz aşağıdakı linklərin birinə klik edərək yükləyə bilərsiniz:
menbe COMPBOARD.AZ