Klaviatura Elektron Hesablama Maşınlara müxtəlif növ məlumatları daxil etmək üçün istifadə edilən əsas cihazlardan biridir.
Daxil edilən informasiyanın növü proqramdan asılı olaraq düymələrin sıxılıb buraxılması ilə müxtəlif interpretasiya olunur. Klaviaturanın vasitəsi ilə rəqəm, hərf, ieroqlif və hətda musiqi notları daxil etmək mümkündür. Klaviatura bir sözlə komputerin idarə edilməsi və proseslərin aparılması üçün ən vacib periferiyalarından biridir.
Komputer klaviaturası ön hissədən çap maşının oxşayır və deyərdim ki sonuncuyla oxşarlığı elə burdaca bitir. Əgər çap maşınında biz düymələrə sıxaraq düymənin üzərindəki hərf mexanizm kimi kağıza həkk olunursa, klaviaturada basılan hər bir düymə operatora elektrik siqnalları göndərir ki, komputer həmən siqnalları operatordan alaraq prosessorda həyata keçiri. Belə desək həmən siqnalları komputer dilinə tərcümə edir.
Klaviatura Cihazı
Görəsən klaviaturanın içində nə var? Sən demə içində komputer var imiş! Bəli komputer, lakin bu komputer bir mikrosxemadan ibarətdir və yalnız xüsusi funksiyaları yerinə yetiri. O, basılmış düymənin nömrəsini əsas komputerə göndərir.
Əgər aşaxıdakı şəkilə nəzər yetirsək, burada klaviaturanın sadə iş prinsipini görə bilərik ki, bu da bütün düymələrin matrisanın birləşmə yerlərində yerləşdiyinin şahidi oluruq:
Klaviaturanın İş prinsipi
Matrisanın bütün horizontal xətləri rezistorların köməyi ilə +5 V güclü toka bağlıdır. Komputer klaviaturasının iki portu mövcuddur – giriş və çıxış portları. Giriş port matrisanın üfüqi xətlərinə (şəkildə X0-X4), çıxış portu isə şaquli xətlərə birləşmişdir (şəkildə Y0-Y5).
Bütün şaquli xətlərdə gərginlik səviyyəsini məntiqi 0 ilə tənzimləyərək, komputer klaviaturası üfüqi xətlərdə gərginliyin hansı səviyyədə olduğunu sorğulayır. Əgər klaviaturada heç bir düymə sıxılmayıbsa, o zaman üfüqi xətlərdə gərkinlik səviyyəsi məntiqi 1 bərabər olur. (Buna səbəb bütün üfüq xətlərdə rezistorla birləşdirilmiş statik +5 V gərginliyin olmasıdır).
Əgər istifadəçi klaviaturada hər hansısa bir düyməni sıxsa, o zaman üfüqi və şaquli xətlər bir-biri ilə bağlanacaqdır. Bu zaman prosessor şaquli xətlərdə olan məntiqi 0 dəyəri üfüqi xətlərə transver edir və nitəcədə də üfüqi xətdə məntiqi dəyər də 0-ra bərabər olur.
Əgər hər hansısa bir üfüqi xətdə mətiqi 0 səviyyəsi yaranırsa, bu zaman klaviatura prosessoru düymə basılmasını fiksasiya edir. Sonra o mərkəzi komputerə matrisada sıxılmış düymənin sıxılma intesivini və düymənin nömrəsini göndərir.
Klaviaturanın mikroprosessoru komputerə siqnalı göndərərkən o yalnız basılan düymənin harda yerləşdiyini söyləyir. Siqnalın emal edilməsi üçün, komputer aldığı siqnalı sıxılmış düyməyə əsasən lazımı dəyərə çevirir. Xüsusi elektron siyahıda – kodirovka cədvəli – hər klaviatura düyməsinə uyğun olaraq ikili simvolla təhlil edir. Gələcəkdə isə məlumatların emalı prosesi sözügedən ikili simvollardan istifadə ediləcəkdir.
Klaviatura düymələri qrupu
Standart İBM PC klaviaturası bir neçə düymələr qrupu mövcuddur:
- Alfavit-rəgəm və simvol düymələri;
- Xüsusi düymələr: <Esc>, <Tab>, <Enter>, <BackSpace>.
- Funksiyonal düymələr: <F1>…<F10…>.
- Kursorun hərəkət etdirmək üçün köməkçi düymələr (<Up>, <Down>, <Left>, <Right>, <Home>, <End>, <PgUp>, <PgDn>).
- Redaktə üçün xidməti düymələr <Ins> <Del>.
- Reqistrin dəyişdirilməsi və digər düymələrin kodlarını dəyişdirən xidməti düymələr <Alt>, <Ctrl>, <Shift>.
- Registerləri təsbit etmək üçün xidməti düymələr <CapsLock>, <Scroll-Lock>, <NumLock>.
- Müxtəlif köməkçi düymələr <PrtSc>, <Break>, <Grey +>, <Grey ->.
Menbe compboard.az