Kompüterin fləş qurğusunu oxumamasının səbəbləri

Komputerin fləş qurğusunun oxumamasının müxtəlif səbəbləri ola bilər. Bu problem Windows əməliyyat sistemləri versiyalarında meydana gələ bilər. Əgər komputerə taxılan fləşi tanımırsa, bu aşağıdakı siyahıdakı kimi səciyyələnə bilər:

  • Komputer yazır ki «вставьте диск» diski taxın, baxmayaraq ki fləş artıq taxılıb;
  • Yazır ki, disk fotmat olunmalıdır, çünki format olunmayıb;
  • Fayl xətası haqqında müxtəlif xəta pəncərəlrin göstərilməsi;
  • Komputerə fləşi taxarkən komputerin donması;
  • USB qurğu Windows tərəfindən tanınmadı və sairə.

Bu təlimatda çalışacağık ki, sözügedən qurğuların komputerdə tanınmaması problemini həll edək. İlk olaraq ən sadə üsullarla başlayacağık ki, problemin nə qədər ciddi olub-olmamasını müəyyənlədirək.

Komputerin ümumiyytətlə fləşin görüb-görməməsini yoxlamaq. «Управление дисками» (Disk Management)

Əgər fləş yaddaş qurğusunu komputerə taxıb My Computer keçiricisində görmüsünüzsə, o zaman komputerin ümumiyyətlə bu cihazı tanıyıb-tanımamasını yoxlamaq lazımdır. Bunu yoxlamaq üçün bizə sistemin «Управление дисками» (Disk Management) adlı pəncərəsini açmaq lazımdır. Bunu aşağıdakı iki üsulla etmək mümkündür:

  • Klaviaturada Win + R düymələrini eyni anda sxıb, açılmış pəncərədə diskmgmt.msc əmrini daxil edib Enter düyməsini sıxmaqla;
  • Панель управление (Ayarlar Paneli) — Администрирование (İdarəetmə) — Управление компьютером (Komputerin idarəetməsi) — Управление дисками (Disklərin idarəetməsi)

Disklərin İdarəedilməsi pəncərədə fləş qurğunun mövcud olmasını yoxlamaq lazımdır. Fləşi komputerdən ayırıb yenidən taxırıq və pəncərədə hər hansı bir dəyişikliyə nəzər yetiririk.

İdeal variant – ondan ibarətdir ki, komputer fləşi görsün və onda olan bölmələr (adətən bir bölgü) «Исправен» kimi işarələnsin. Bu halda həmən fləşin üzərində siçann sağ düyməsini klik edirik və açılmış kontekst menudan «Сделать раздел активным» bəndinə klik edirik. Bu zaman sistem USB qurğusunu tanıyacaqdır və ona bir hərf təyin edib My Computer keçiricində aktiv olunacaqdır.

Əgər bölmə yararsız və ya silinibsə o zaman statusu «Не распределен» kimi görünəcəkdir.

Əgər Disklrin İdarəetməsi pəncərəsində fləşinizin statusu «Неизвестный», «Не инициализирован» və ya «Не распределен» kimi statuslar durursa, o zaman fləş yaddaş ciddi olaraq zədələnib və fayllar yalnız bərpa olunmaqla geri qaytarıla bilinər.

Faydalı məsləhətlər

  1. Əgər fləş yaddaşı USB-hub ilə komputerə taxırsınızsa və fləş yaddaş komputerdə açmırsa, o zaman fləşi bir başa olaraq komputerə taxmağı cəhd edin.
  2. Çalışın bütün USB portlarına taxıb bir-bir yoxlayasınız. Ola bilsin ki, taxtığınz USB-port nasaz işləyir.
  3. Komputeri söndürün və sonra komputerdə fləş, siçan və klaviaturadan başqa heçnə qoşmamaq şərti ilə işə salın. Əgər komputeri söndürüb yandırdıqdan sonra fləş işlədisə, çox güman ki, USB portların hamısı stabil olaraq elektrik ilə qidalanmır. Bunun üçün isə komputerdə olan Elektrik bloku mütləq dəyişdirilməlidir.

Əlavə əməliyyatlar

  • Komputerinizi viruslara qarşı yoxlayın — onların USB qurğunun fəaliyyətinə ciddi fəsadlar törədə bilər.
  • Windows reyestrtini yoxlayın. Dəqiq desək HKEY_CURRENT_USER \Software \Microsoft \Windows \CurrentVersion \Policies \Explorer  qovluğunda olan faylı. Əgər Explorer qovluğunun üzərinə klik edib sağ tərəfdə NoDrives faylını görürsünüzsə, o zaman onu mütləq silib komputeri söndürüb yenidən çalışdırırıq.
  • İkinci reyestr dəyişikliyi HKEY_LOCAL_MACHINE \System \CurrentControlSet \Control kimi keçib sağ tərəfdə StorageDevicePolicies parametri mövcud olduğu halda mütləq silirik.

MƏNBƏ : compboard.az  təşəkkürlər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir